|
|
|
| Corc
Sorosdan Mərkəzi Avropa Universiteti haqqında |
|
| Universitet tənqidi
fikirlərin və qabaqcıl tədrislərin mərkəzi oldu. Maqistr roqramlarından
əlavə, regiona mənsub olan nadir halların aydınlaşmasını genişləndirmək
üçün tədqiqat inistitutlarının və təməli qoyulmuşdur və onlar
məlumatların toplanmasına və arxiv resurslarının saxlanmasına
mərkəz oldular. Hal-hazırdakı layihələr millətçilik və etniki
dərkolunma, Cənub Şərqi Avropa, konstitusionalizm (Çikaqo Universitetinin
Hüquq Məktəbi ilə birlikdə), Fəlsəfə, Gender və Mədəniyyət,
Orta Əsrlər dövrü Şərqi-Mərkəzi Avropada vizual resurslar, mürəkkəb
adaptasiya sistemləri,ekologiya (reqionun siyasətçilərinin əməkdaşlığı
ilə) tədqiqatları təmsil edir. Universitet başqa ali təhsil
müəssisələrinin tələbələrinə 1 ilə qədər dərəcə vermədən doktorluk
təhsilinə köməklik edir. Onlar universitetdə təhsil müddətində
kurslara yazılrlar, fakultə ilə məsləhətləşirlər, kitabxanadan
və universitetin arxiv resurslarından istifadə edirlər. Universitetdəki
ciddi təhsil başqa təhsil müəssələrində yüksək qiymətləndirilir.
Universitetin bacarıqlı tələbələrinə başqa təhsil müəssələrində
doktor doktor proqramlarında təhsil almaq üçün qrant almaq imkanı
verilir. Fərdi köməyə əlavə olaraq Mərkəzi Avropa Universitetinin
Oksford Universiteti, Kembric Universiteti, London Universiteti,
Avropa Universiteti və Florensiyada, Kolumbiyada, Rutcersdə,
Merilenddə və başqaları ilə təqaüd razılıqları var. Universitet
ilə birgə Açıq Cəmiyyət İnistitutu universitetin intellektual
resurslarını Soros Fondları şəbəkəsinin müxtəlif tədbirlərinə
səfərbər edir. |
|
|