Gəncə Təhsil Məlumat Mərkəzinin veb-saytına xoş gəlmisiniz!
 Az
 En
 Ru
 LİNKLƏR
 GTMM
 GTMM Müdiri
 Proqramlar və xəbərlər
 Təhsil mərkəzləri
 Açıq cəmiyyət nədir?
 Gəncə universitetləri
 Corс Soros
 Gəncə QHT-ləri
 Texniki kitabxana
 Foto Arxiv
 WEB-Mail
 ENDİR
 Software
 TRENİNQ
 Adobe Photoshope
 PC Hardware and Software

 Corc Soros

Corc Soros Macarıstanda, Budapeşt şəhərində 1930-cu ildə anadan olmuşdur. 1947-ci ildə o İngiltərəyə mühacirət etmişdir və orada London İqtisadiyyat Məktəbini bitirmişdir. London İqtisadiyyat Məktəbinin tələbəsi olarkən cənab Soros filosof Karl Popperin işi ilə tanış olur və sonradan Karl Popper onun düşüncələrinə və filantropik ( xeyriyyəçi ) fəaliyyətinə dərin təsir göstərmişdir. 1956-ci ildə o ABŞ-ya köçmüş və orada yaratdığı və idarə etdiyi investisiya fondundan gəlir əldə etməyə başlamışdır.
Cənab Soros hal-hazırda Kvantum Fondlar Qrupuna məsləhətçi kimi xidmət edən özəl investisiya idarəetmə firmasının prezidenti və sədridir. Cənab Soros birinci fondunu, Açıq-Cəmiyyət Fondunu, Nyu-Yorkda 1979-cu ildə və birinci Şərqi Avropa Fondunu Majarıstanda 1984-cü ildə yaratmışdır.Cənab Soros indiki zamanda Mərkəzi və Şərqi Avropanın, keçmiş Sovet ittifaqının, mərkəzi Avrasiyanın, Cənubi Afrikanın, Haitinin, Qvatemalanın və ABŞ-nın 31 ölkəsində fəaliyyət göstərən fondlar şəbəkəsini maliyyələşdirir. Bu fondlar açıq cəmiyyətin infrasturukturunun və institutlarının qurulmasına və saxlanmasına həsir olunur. Cənab Soros həmçinin başqa institutların təməlini qoyubdur, onlardan olan Mərkəzi Avropa Universiteti və Beynəlxalq Elm Fondudur. 1996-cı ildə şəbəkə fondları 362 min, 1997-ci ildə -428 min, 1998-ci ildə -574 min 1999-cu ildə 560 min dollar məbləğində olan vəsait istifadə etmişlər. 2000-ci ildə məbləğin istifadə edilməsi gözlənilir.

Şərqi Avropada və keçmiş Sovet İttifaqında siyasi və iqtisadi dəyşikliklərə aid olan məqalələrə əlavə olarkən cənab Soros " Maliyyə Əlkimyası "nın müəllifidir.( 1987-ci ildə Simon və Schuster tərəfindən nəşr olunub və 1994-cü ildə Chon Viley və Sons tərəfindən nəşr olunub )." Sovet Sisteminin açılışı " ( Veidenfeld va Nicholson tərəfindən 1990-cı ildə nəşr olunub ), "Demokratiyanın qarantiyası" The Free Press tərəfindən 1991-ci ildə nəşr olunub), Soros on Soros: "Əyridən qabaqda qalarkən " ( Chon Viley və Sons tərəfindən 1995-ci ildə nəşr olunub ) " Qlobal Kapitalizmin Krizisi: Açıq Cəmiyyət Təhlükəyə Məruz Qalıbdır "( Public Affairis tərəfindən 1998-ci ildə nəşr olunub ). Onun növbəti kitabı " Açıq Cəmiyyət Qlobal Kapitalizmin islahatı " 2000-ci ilin oktyabr ayında nəşr olunajaqdır.

Cənab Soros Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdən, Oksford Universitetindən, Budapeşt İqtisadiyyat Məktəbindən, Yeyl Universitetindən fəxri doktor dərəcəsi alıbdır. Dünyada açıq cəmiyyətlərin inkişafı yolunda göstərdiyi səylərə görə Bolonya Universiteti onu 1995-ci ildə özünün ən yüksək mükafatı olan Laurea Honoris Jausa fərmanı ilə təltmf etmişdir.

Soros Fondları- dünyada, əsasən də Mərkəzi Şərqi Avropanın və keçmiş Sovet İttifaqının kommunist ölkələrində açıq cəmiyyətlərin inkişafını dəstəkləmək üçün Corc Soros tərəfindən yaradılmış və maliyyələşdirilən fondlar şəbəkəsi və proqram inistutlarıdır.