Gəncə Təhsil Məlumat Mərkəzinin veb-saytına xoş gəlmisiniz!
 Az
 En
 Ru
 LİNKLƏR
 GTMM
 GTMM Müdiri
 Proqramlar və xəbərlər
 Təhsil mərkəzləri
 Açıq cəmiyyət nədir?
 Gəncə universitetləri
 Corс Soros
 Gəncə QHT-ləri
 Texniki kitabxana
 Foto Arxiv
 WEB-Mail
 ENDİR
 Software
 TRENİNQ
 Adobe Photoshope
 PC Hardware and Software

 Həsən Y. Hüseynov

Həsən Y. Hüseynov 1957- ci ildə Gəncə şəhərində anadan olub.1978-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirmişdir.1984-cü ildə Moskva Elektron Texnikası İnistiutunun aspiranturasına qəbul olmuş, 1987-ci ildə namizədlik dissertasiyası müdafiə edərək Fizika-Riyaziyyat Elmlər Namizədi elmi dərəcəsi
almışdır. 1978-1981-ci illərdə Lənkaran rayonunun Nərimanabad qəsəbəsində orta məktəbdə fizika müəllimi, 1982-1984 cü illərdə Gəncədə " Billur" zavodunda mühəndis-texnoloq işləmişdir.Moskvada aspiranturada təhsil aldığı müddətdə eyni zamanda Moskva Elektron Texnikası İnstitutnda kiçik elmi işçi olmuşdur. 1988-ci ildə Gəncəyə gələrək 1989-1992-ci illərdə AKTA-da laboratoriya müdiri, 1990- 1992-ci illərdə " Vətən " qəzetində, Humanitar bölmənin müdiri işləmişdir. 1992-ci ilin avqustundan 1993-cü ilin iyununadək Azərbaycan Respublikasının Prezident apparatında böyük məsləhətçi işləmişdir. 1996-cı ildə müsabiqə yolu ilə qrant alaraq ABŞ-na getmiş, Birminhemdəki Alabama Universitetində 6 ay müddətində təhsil problemləri üzrə elmi-tədhiqad təcrübəsi keçmişdir.

1996cı ilin sentyabr ayından 1997-ci ilin aprel ayına qədər Gəncə Universitetində xarici əlaqələr üzrə prorektor olmuşdur. 1997-ci ilin may ayından 1998ci ilin fevralınadək ACİ-Azərbaycan Beynəlxalq Humanitar Təşkilatda ( indi ACİ-YF ) Təhsil Proqramlarının koordinatoru, 1998-ci ilin fevral ayından indiyədək isə Gəncə Təhsil Məlumat Mərkəzinin direktoru işləyir.

Həsən Hüseynov Təhsil Məsləhətçisi ixtisasına yiyələnmək üçün 1998-ci ilin fevral ayında Moskvada, 2000-ci ilin noyabr ayında isə Vaşinqtonda və Norfolkda (Virciniya-ABŞ) Treninq proqramlarında iştirak etmişdir. Həsən Hüseynovun 20-dən çox fizikaya və 12 təhsil problemlərinə aid məqaləsi vardır. Son illər əsasən təhsil problemləri ilə məşqul olaraq bir çox Beynəlxalq konfranslarda iştirak etmişdir. Beynəlxalq İCSEİ Konfransı, Mançester, yanvar, 1998. Təhsil Yarmarkası, Moskva, Rusiya, mart 1998. Beynəlxalq EAİE Konfransı, (Maastrikt, Niderland, dekabr 1999,Leypsik, Almaniya, dekabr, 2000 ). Beynəlxalq NAFSA Konfransları ( Denver, may 1999, San-Diyeqo, may 2000 ). Reqional NAFSA Konfransı, Riçmond, noyabr, 2000.


 Tel.: (99422) 563025; Fax: (99422) 563026 e-mail: geic@geic.osi-az.org