Gəncə Təhsil Məlumat Mərkəzinin veb-saytına xoş gəlmisiniz!
 Az
 En
 Ru
 LİNKLƏR
 GTMM
 GTMM Müdiri
 Proqramlar və xəbərlər
 Təhsil mərkəzləri
 Açıq cəmiyyət nədir?
 Gəncə universitetləri
 Corс Soros
 Gəncə QHT-ləri
 Texniki kitabxana
 Foto Arxiv
 WEB-Mail
 ENDİR
 Software
 TRENİNQ
 Adobe Photoshope
 PC Hardware and Software

 Gəncə Təhsil Məlumat Mərkəzi

Gəncə Təhsil Məlumat Mərkəzi (GTMM)keçmiş sovet ölkələrində ACİ yaratdığı və kömək etdiyi çox saylı təhsil-informasiya mərkəzlərindən biridir.Onun əsas məqsədi beynəlxalq təhsilin mümkünlüyü haqqında məlumat verməkdir.O,1999-cu ilin fevral ayında yaranmışdır.Hazırda mərkəzin arxivində müxtəlif universitet kataloqları, test və imtahanlara hazırlıq üçün materiallar, xaricdəki təhsil sistemi haqqında məlumat olan komputer diskləri vardır.

 Gəncə Təhsil Məlumat Mərkəzinin əsas istiqamətləri

-Mərkəzə gələnləri internetdən, E-poçtdan və muxtəlif təhsil müəssisələrindən alınan maarif proqramramları, treninqlər,kurslar və konfranslar barədə məlumatlarla tanış etmək
-Qruplara və fərdi şəxslərə xaricdə təhsil almaqla bağlı məsləhətlər vermək.

-Soros Fondu tərəfindən maliyyələşdirilən müxtəlif təhsil proqramlarını həyata keçirmək.

-Xaricdəki təhsil müəssələri ilə əlaqə yaratmaqda yardım etmək.

-ABŞ hökümətinin,müxtəlif ABŞ inustutlarının,xarici səfirliklərin beynəlxalq təşkilatların ACTR/ACCELS,İREX,AED,DAAD və s.proqramlarını yayılmasına yardım etmək.

TOEFL,GRE,GMAT,SAT imtahanlarının keçirilməsi barədə məlumatı və bülletenləri yaymaq.

-Xarici muhazirəçilərin iştirakı ilə ABŞ-da və Avropa ölkələrində təhsil və mədəniyyət mövzularına dair mühazirələr keçirmək.

-Müxtəlif seminarların təşkil olunması:niyyət məktubunu necə yazmalı;ərizə formasını necə doldurmalı(universitetə daxil olmaq üçün):rəy məktubunu necə yazmalı, elmi işçilər üçün qrant alma imkanları.

-İngilis dilində filmlərə baxış keçirmək.

-İngilis dilində söhbət.

-İngilis dili dərsləri.

-İngilis dilində "Çinar" qəzeti.

-GTMM kitabxanasında ABŞ və Avropa təhsili haqda video və kompyuter mənbələri, TOEFL, GRE, GMAT, SAT imtahanlarına hazırlaşmaq üçün vəsaitlər var.

-İnternet mərkəzi 11 terminaldan ibarətdir.Hal-hazırda internet mərkəzində 2000 dən artıq dəvamiyyətçi var.Mərkəzdə həmçinin internet və veb dizayn treninqləri keçirilir.

Bizim iş vaxtımız:
Bazar ertəsi - Jümə 9:00 - 18:00

Tel.: 99422-563025, 99422-561174

Faks: 99422-563026

E-mail: geic@geic.osi-az.org